Azərbaycan millisinin 3 boksçusu Rumıniyada keçirilən beynəlxalq turnirdə uğurlu çıxışını davam etdirir. Breila şəhərində gənclər arasında təşkil olunan “Drakula Open”də yarışda yığmamızın 3 üzvü yarımfinal mərhələsinə yüksəlib.
Komandamızın heyətində Baqir Əmirxanlı (60 kq) David Barbuya (Rumıniya) 3-cü, Valeh Eyvazlı (67 kq) Rares Pursareaya (Rumıniya) 2-ci raundda tam üstünlüklə qalib gəlib. Mircəlal Mirağayevin (80 kq) rəqibi Zaxar Doroşenko (Ukrayna) isə döyüşə gəlməyib və təmsilçimiz mərhələ adlayıb.
Hər 3 boksçu yarımfinala yüksəlməklə özləri üçün, ən azı, bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.
Leyla QURBANOVA
XQ