Türk Dövlətlərinin Xizək Kurortları İttifaqının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Özbəkistanın Amirsoy Dağ Kurortunda həvəskarlar arasında xizək yarışı üzrə ilk Türk Dövlətləri Kuboku təşkil edilib.
Qış İdman Növləri Federasiyasından XQ-yə verilən məlumata görə, yarışda Azərbaycanın həvəskar xizəkçiləri də iştirak ediblər. Yekun nəticələrə görə, təmsilçilərimiz Ceyhun Balametov qızıl, Famil Valimotov isə bürünc medal qazanıblar. Turnirə Azərbaycan, Özbəkistan, Qazaxıstan və Türkiyədən müxtəlif yaş kateqoriyalarında olan 50-yə yaxın xizəkçi qatılıb.
Turnirin sonunda qaliblər kubok və medallarla təltif olunublar.
Qeyd edək ki, Türk Dövlətlərinin Xizək Kurortları İttifaqına Azərbaycanın Şahdağ, Özbəkistanın Amirsoy, Qazaxıstanın Şimbulak və Türkiyənin Uludağ Dağ kurortları daxildir.
Leyla QURBANOVA
XQ