Şahmat üzrə Azərbaycan çempionatında mübarizə getdikcə gərginləşir.
Dörddəbir finalda mübarizə aparan kişi şahmatçılarımızdan Şəhriyar Məmmədyarov Məhəmməd Muradlını, Misrətdin İsgəndərov Aydın Süleymanlını məğlub edərək yarımfinala adlayıblar. Teymur Rəcəbov Vüqar Əsədli, Rauf Məmmədov Əhməd Əhmədzadə ilə heç-heçə etdiklərindən qalib tay-brekdə bəlli olacaq.
Qadınların yarışında isə Ülviyyə Fətəliyeva Zeynəb Məmmədyarovaya qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Digər iştirakçılar Günay Məmmədzadə Səbinə İbrahimova, Türkan Məmmədyarova Gövhər Beydullayeva, Gülnar Məmmədova isə Xanım Balacayeva ilə bərabər nəticə qazandıqlarından tay-brekdə mübarizə aparacaqlar.
L.AZAD
XQ