NBA: Lider doğma meydanda inamlı qələbə qazanıb

post-img

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, dünyanın ən yaxşı basketbol liqasında daha 5 qarşılaşma keçirilib.

Şərq Konfransının lideri “Klivlend Kavalyers” doğma meydanda “Dallas Maveriks”i 144:101 hesabı ilə məğlub edib. Qalib komandanın heyətində Darius Qarland 17 xal, 10 assist, Evan Mobli isə 22 xal, 11 ribaundla yadda qalıb. Qonaqların ən məhsuldar oyunçusu isə 12 xal, 11 ribaundla Kaylor Kelli olub. Bununla da ev sahibləri müntəzəm mövsümdə ardıcıl dördüncü oyunda qələbə qazanaraq, həm Şərq Konfransına, həm də ümumi turnir cədvəlinə başçılıq edir.

Matçların nəticələri

"Detroit Pistons" - "Çikaqo Bullz" – 127:119

"Toronto Raptors" - “Los-Anceles Klippers” – 115:108

"Miluoki Buks" - “Memfis Qrizzlis” – 119:132

“Klivlend Kavalyers” - “Dallas Maveriks” – 144:101

“Filadelfiya” - “Boston Seltiks” – 110:118.

İdman