“Şahdağ” Turizm Mərkəzində keçirilən Xizək Alpinizmi üzrə Dünya Kubokuna yekun vurulub.
İdmançılar arasında sprint növü üzrə qadınlar arasında fransalı Emili Harrop, kişilərdə isə isveçrəli Lita Aron qızıl medal qazanıblar. Vertikal növdə isə qadınların yarışında Aksel Qaçet-Mollaret (Fransa) qalib olub. Kişilərin mübarizəsində 1-ci yeri Remi Bonnet (İsveçrə) tutub. Yarışın son günündə fərdi növ üzrə nəticələr müəyyənləşib. Bu növdə də Bonnet Remi qızıl medal qazanıb. Qadınlar arasında isə Aksel Qaçet-Mollaret rəqibləri üçün əlçatmaz olub.
Mükafatlandırma mərasimində Beynəlxalq Xizək Alpinizm Federasiyasının Baş katibi Jordi Canals Xizək Alpinizmi üzrə Dünya Kubokunun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyevə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, yarış Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Yarışda 26 ölkədən 130-a yaxın idmançı iştirak edib.
Xizək Alpinizmi üzrə Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün təsnifat xarakterli yarışlardan biri hesab edilir.
L.QURBANOVA
XQ