Boksçularımız təlim-məşqdə

post-img

Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığa Göygöldə başlayıb.
Komandanın yeni çalışdırıcısı toplanışa 36 boksçu cəlb edib. Göygöl Olimpiya İdman Kompleksində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.
Qeyd edək ki, hazırlıq yanvarın 25-də yekunlaşacaq. 

L.QURBANOVA  
XQ

İdman