Səhər yeməyi – uzun ömrün dirəyi

post-img

Mütəxəssislərin fikrincə, səhər yeməyi bütün gecə istirahət etdikdən sonra bədənin enerjisinin bərpasına kömək edir. 
Həmin yemək maddələr mübadiləsini aktivləşdirir və gün ərzində davamlı enerji təmin edir. Zülalla zəngin səhər yeməyi beyin funksiyalarını artırır. Xüsusilə, taxıl məmulatları, yumurta və süd məhsulları kimi qidalar səhər yeməyini ideal edə bilər.
Mütəxəssislər səhər yeməyini günün başlamasından iki saat sonra yeməyi məsləhət görürlər. Bu dövr maddələr mübadiləsinin sürətlənməsi və özünüzü enerjili hiss etməyiniz üçün ən uyğun vaxt hesab olunur.
Neyroloq Culiya Consun bildirdiyinə görə, səhər saat 11-ə qədər səhər yeməyi yemək sağlamlıq üçün vacib vərdişdir. Onun fikrincə, bu sadə vərdiş ömrü 20 ilə qədər uzada bilər.
Bir çox araşdırmalar göstərir ki, erkən yeyilən səhər yeməyi ürək xəstəlikləri, xərçəng və digər sağlamlıq problemləri riskini azaldır.
Səhər yeməyini gec yeməyin diabet, piylənmə, yüksək xolesterin və ürək xəstəlikləri kimi xəstəliklərin riskini artırdığı da elmi şəkildə sübut olunub. Səhər saat 10:00-a qədər səhər yeməyi yeməməyin erkən ölüm riskini artıra biləcəyi də vurğulanır.

Z.HÜSEYNLİ 
XQ

Sosial həyat