“Top 8”in qalibləri

post-img

Stolüstü tennis üzrə “Top 8” turnirinə yekun vurulub.

Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, “Şüa İdman Kompleksi”ndə təşkil olunan ənənəvi yarışda ölkənin ən güclü stolüstü tennisçiləri bacarıqlarını göstəriblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda kişilər arasında Onur Quluzadə 1-ci yeri tutub. Rüstəm Hacılı və Vəzir Allahverdiyev sonrakı pillələrdə qərarlaşıblar.

Qadınların turniri Aylin Əsgərovanın qələbəsi ilə başa çatıb. Mərziyyə Nurmətova fəxri kürsünün 2-ci, Ləman Abdulhəmidova 3-cü pilləsinə qalxıb.

L.QURBANOVA
XQ

 

İdman