AİJA qaliblərin adlarını açıqlayıb, AZƏRTAC ilin ən yaxşı informasiya agentliyi seçilib

post-img

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AIPS EUROPE-UEPS) üzvü və ölkəmizdə rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2024-cü ilin ənənəvi qalib nominasiyalarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, ilin ən yaxşıları ölkənin kütləvi informasiya vasitələri, idman azarkeşləri və mütəxəssisləri arasında rəy sorğusuna əsasən müəyyənləşib.

Qaliblər arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də var. AZƏRTAC ilin informasiya agentliyi seçilib.

2024-cü ilin idman laureatları

İlin idman xadimi - Rəşad Rəsullu (Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti)

İlin idmançısı

Kişilər

Hidayət Heydərov (cüdo)

Zelim Kotsoyev (cüdo)

Həsrət Cəfərov (yunan-Roma güləşi)

Qadınlar

Lamiyə Vəliyeva (paraatletika)

Ülviyyə Fətəliyeva (şahmat)

Jalə Əliyeva (güləş)

İlin idman jurnalisti – Gəray Qiyasov (“Real TV”)

İlin idman vloggeri – Orxan Sübhan

İlin televiziya aparıcısı – Aidə Əliyeva (“CBC Sport”)

İlin fotoreportyoru – Elşən Ağalarov (“Xalq qəzeti”)

İlin məşqçisi – Riçard Trautman (Kişi cüdoçulardan Azərbaycan millisinin baş məşqçisi)

İlin hakimi – Asif Şirəliyev (güləş)

İlin federasiyası – Azərbaycan Cüdo Federasiyası

İlin informasiya agentliyi – AZƏRTAC

İlin telekanalı – İctimai Televiziya

İlin qəzeti – "Olimpiya dünyası"

İlin saytı

İdman - Fanat.az

İctimai-siyasi – Report.az

Qeyd edək ki, Azərbaycan idmançıları 2024-cü il ərzində Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında, digər nüfuzlu beynəlxalq turnirlərdə 1718 medal qazanıblar. Bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidir. Qazanılmış medalların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc əyarlıdır. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, Paralimpiya idman növlərində isə 37 medal əldə edilib. İl ərzində Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda iştirakı təmin edilib.

İdman