“İnter Mayami”nin hücumçusu Lionel Messi İngiltərə çempionatında oynaya bilər. 37 yaşlı argentinalı “Mançester Siti”yə transfer olmaq üçün klub qeydiyyatını dəyişməyə hazırdır.
İtaliyanın “Tuttosport” nəşrinin məlumatına görə, Messinin “Mançester Siti”yə keçməsinə İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola maraq göstərir. Mənbə qeyd edir ki, ispaniyalı mütəxəssis Messinin köməyi ilə komandasının nəticələrini yaxşılaşdırmaq istəyir. Bu məqsədlə onu 2024/2025 mövsümünün sonuna qədər icarəyə götürməkdə maraqlıdır. İddia olunur ki, “İnter Mayami”nin sahibi Devid Bekhem bu məsələyə müsbət yanaşır. O, Messini 6 ay müddətinə icarəyə verməyə hazırdır.
Lionel Messi 2023-cü ilin iyulunda “İnter Mayami”yə keçib. Leo Amerika klubunda 39 oyun keçirib, 34 qol vurub və 19 məhsuldar ötürmə edib. Bundan əvvəl, 2 il “Pari-Sen Jermen”də oynayıb. 21 il isə "Barselona"nın aparıcı futbolçusu olub.
Hazırda “Mançester Siti” 16 turda 27 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində 5-ci yerdədir.
XQ