Dərman əmanəti...

post-img

Dərmanları evdə ayrıca yerdə, xüsusi şəraitdə saxlamaq lazımdır. Kimsə onu mətbəx, bəziləri hamam şkaflarına yığır, bəziləri soyuducuya qoyur. Rusiyalı kimya elmləri namizədi Aleksey Panov dərmanları düzgün saxlamaq barədə tövsiyələrini açıqlayıb. O bildirib ki, dərmanların saxlanması şəraiti onların keyfiyyətinə təsir edir.

Belə ki, dərmanları hamam otağında saxladıqda yüksək rütubət onların formalarını dağıda bilər. Mətbəxdə isə istiliyin təsirindən dərmanın tərkibi dəyişir.

Optimal yer soyuducudur, amma orada da dərmanlar xüsusi konteynerdə saxlanmalıdır. Onlar xüsusi ətri olan və rütubətli ərzaq məhsulları ilə də təmasda olmamalıdır. Diqqət edilməlidir ki, dərmanın qutusu, qablaşması pozulmasın, əzilməsin, qapaq açıq qalmasın.

Elə dərmanlar da var ki, tərkibindəki maddələr işıq, hərarət, rütubətə həssasdır. Bəzi vitamin və antibiotiklər UVÇ şüalarının təsirindən parçalanır. Ona görə onları qaranlıq, quru, sərin yerdə saxlamaq lazımdır.

Aleksandr Panov açıqlamasının sonunda deyib: “Dərmanları soyuducuda saxlasanız da, müddəti bitmiş dərmanı heç vaxt içməyin”.

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat