Azərbaycan – İsveç oyununun hakimləri müəyyənləşib

post-img

Futzal üzrə Azərbaycan milli komandasının “Avro-2026”nın əsas mərhələsində Bakıda İsveçlə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 5-ci qrupun I turu çərçivəsində təşkil olunacaq görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Aslan Qalayev, onun köməkçiləri isə Turekxan Tursumbayev və Nurlubek Kalimaqanbetov olacaq.

Hakim-inspektor funksiyasını almaniyalı Ştefan Veber yerinə yetirəcək. UEFA nümayəndəsi isə serbiyalı Zoran Dimiç olacaq.

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

İdman