Azərbaycan avarçəkənləri "Mingəçevir Reqatası"nı 24 medalla başa vurublar

post-img

Azərbaycan avarçəkənləri "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin son günündə 13 medal qazanıblar.

Akademik növdə Azər İlyasov-Tunar Məmmədzadə və Nurlan Paşayev-Cahangir Məmmədli cütləri qızıl medal qazanıblar. Sabit Abdullayev-Fikrət Həsənov və Məhəmməd Niftullayev-Nemət Həsənov dueti isə müvafiq olaraq, 2 və 3-cü yerləri tutublar. Həmin idmançılar 1500 metr məsafədə fərqləniblər.

Kayakda Niyaz Məlikov-Emil Zeynalov cütü gümüş, Qiyas Əhmədov-Sübhan Həsənov cütü isə bürünc medal əldə edib. Tək nəfərlik kayak qayığında Amil Ramazanov gümüş medala sahib çıxıb. Bu idmançılar 1000 metr məsafəyə yarışda mükafatçılar sırasına düşüblər.

Qiyas Əhmədov-Sübhan Həsənov cütü iki nəfərlik kayak qayığı ilə 200 metr məsafədə finişə birinci çatıb. Eyni məsafədə İbrahim Məmmədzadə -Elmir Tarverdiyev cütü isə üçüncü olub.

Vacib Babayev-Şahin İsayev və İvan Vorobyanski-Hüseyn Həsənov 200 metr məsafədə gümüş medallara yiyələniblər.

1000 metr məsafəyə akademik avarçəkmədə (2010-2011) Məhəmməd Həsənov-Raul Şamilov dueti gümüş, Yusif Əliyev-Ruslan Fərəcov cütü bürünc mükafat qazanıblar.

Bununla da Azərbaycan avarçəkənləri yarışı ümumilikdə 24 (6 qızıl, 9 gümüş və 9 bürünc) medalla başa vurublar.





















İdman