Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığması Tacikistanın paytaxtı Düşənbədə keçirilən dünya çempionatını üç medalla başa vurub. İdmançılarımız Kənan Nəsibov (+100 kq) yarışın gümüş, Süleyman Şükürov (81 kq) və Əjdər Bağırov (100 kq) bürünc mükafatını qazanıblar.
Dünya çempionatında ağır çəki dərəcələrində medalların əldə olunması xüsusilə sevindiricidir. Əjdər Bağırov Olimpiya çempionu Zelim Kotsoyevdən 7 il sonra 100 kiloqram çəki dərəcəsində dünya çempionatının medalını qazandırıb. Kənan Nəsibovun nailiyyəti isə tarixə bir ilk kimi düşüb. Belə ki, buna qədər ən ağır çəkidə heç bir cüdoçumuz analoji yarışın mükafatçısı olmayıb.
Leyla QURBANOVA
XQ