4 klub cərimələnib

post-img

AFFA İntizam Komitəsi Misli Premyer Liqasında çıxış edən 4 klubu cərimələyib.

Misli Premyer Liqasının VIII turunun “Araz-Naxçıvan”la oyununda 4 futbolçusu sarı vərəqə alan “Səbail” 700 manat cərimələnib. “Sumqayıt”ın 6 futbolçusu “Neftçi” ilə görüşdə sarı vərəqə aldıqları üçün “kimyaçılar” 700 manat ziyana düşüblər.

“Şamaxı” – “Turan Tovuz” matçında ev sahiblərinin 4, qonaqların isə 5 futbolçusu sarı vərəqə aldıqlarına görə, komandalar 700 manat cərimələniblər.

Leyla QURBANOVA
XQ

İdman