Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Vladiqafqaz şəhərində keçirilən beynəlxalq turnirdə 2 gümüş medala sahib olublar.
“Xadartsov qardaşları kuboku”nda İslam Bazarqanov (57 kq) və Ağanəzər Novruzov (74 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Turnirdə məşqçi Əşrəf Əliyevin rəhbərliyi ilə milli komandanın bir neçə üzvü iştirak edib.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən I dərəcəli hakim Elman İsmayılov turnirdə ədaləti qoruyanlar sırasında olub.
Leyla QURBANOVA
XQ