Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya ilə ABŞ arasında hərbi münaqişə təhlükəsi Amerika tərəfinin gələcək fəaliyyətindən asılıdır. O qeyd edib ki, Vaşinqtonun “düşmən hücumları” Moskvanın sərt cavab tədbirləri görməsinə səbəb ola bilər.
Məlumatı “Kommersant” verib.
“Biz Amerika tərəfini gərginliyin daha da artmasının yolverilməzliyi ilə bağlı xəbərdar edirik... Onlar gücümüzü sınamaq üçün sonsuz cəhdlərin sərt əks tədbirlərə səbəb olmayacağını düşünməkdə yanılırlar. Bu tədbirlər indikindən qat-qat sərt olacaq”, - diplomat vurğulayıb.
O qeyd edib ki, Moskvanın Vaşinqtonla uzunmüddətli qarşıdurmaya hazırdır və həm diplomatik, həm də hərbi sahədə öz ssenarilərini hərtərəfli nəzərdən keçirib. Xarici işlər nazirinin müavini vurğulayıb ki, hadisələrin hansı yolu tutacağını amerikalıların addımları müəyyən edəcək.
P.ƏMİRCANOV
XQ