UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçı başa çatıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 15-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Olavio Juninyo açıb. Lakin rəqibin heyətində Erik Botheym 19-cu və 47-ci dəqiqələrdə dubla imza ataraq komandasına qələbə qazandırıb. “Qarabağ” növbəti oyununu oktyabrın 24-də doğma meydanda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.
XQ