"Kəpəz" Superliqada oynamış futbolçunu transfer edib

post-img

"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.

Klubdan verilən məlumata görə, Gəncə təmsilçisi malili yarımmüdafiəçi Mahamadu Banın keçidini rəsmiləşdirib.

25 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Mahamadu Ba karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor" kimi komandalarda oynayıb. Ba "Ərzurumspor" və "İstanbulspor"un heyətində Türkiyə Super Liqasında çıxış edib.

İdman