Rusiyada 3 mükafat

post-img

Yunan-roma güləşi üzrə Azərbaycan komandası Rusiyanın Tümen şəhərində dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil edilən yarışda 3 medal qazanıb.

Finala vəsiqə qazanan Eldəniz Əzizli və Ülvi Qənizadə (hər ikisi 72 kiloqram) zədə səbəbindən həlledici görüşə çıxmadıqları üçün gümüş mükafatla kifayətləniblər.

Qurban Qurbanov (82 kiloqram) isə 3-cü yeri tutub.

Qeyd edək ki, milli komandanı yarışda baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 6 güləşçi təmsil edib. Ənənəvi turnirdə Azərbaycanla yanaşı Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları mübarizə aparıblar.

L.AZAD
XQ

İdman