“Ömür dastanının boyları”

post-img

Azərbaycan Yazıçılar Birliyində tanınmış şair, Prezident təqaüdçüsü İbrahim Yusifoğlunun 70 illik yubilieyinə həsr olunmuş “Ömür dastanının boyları” kitabının təqdimatı keçirilib.

AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli yubilyarı təbrik edərək, onun çoxşaxəli yaradıcılığından danışıb. AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşları dosent Aygün Bağırlı, filologiya elmləri doktoru Vaqif Yusifli, professor Vüqar Əhməd və başqaları həssas qəlbli, sadə və səmimi keyfiyyətlərə malik yazarı 70 yaşı münasibətilə təbrik ediblər, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonra İbrahim Yusifoğluya Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının Fəxri fərmanı təqdim edilib.

Mərasimin sonunda yubiliyar xoş sözlərə görə təşəkkürünü bildirərək deyib: “1968-ci ildən bu günə qədər ədəbiyyat sahəsində öz qələmimi sınayıram. Məqalə və şeirlərim dövri mətbuatda çap olunub. Ümumiyyətlə, 34 adda kitabım işıq üzü görüb”.

Fidan SALMANOVA
XQ





Son xəbərlər