Portuqaliyanın Qimarayeş şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək akrobatika gimnastları bəlli olub.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, turnirdə qarışıq cütlüklərdə Raziyə Seyidli ilə Ağasif Rəhimov və Milana Əliyeva ilə Sabir Ağayev tandemi qüvvəsini sınayacaq.
Kişi qrupunda Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov, Abdulla Əl-Məşayxi, kişi cütlüklərin mübarizəsində isə Murad Rəfiyev və Daniel Abbasov bacarıqlarını nümayiş edəcəklər.
Dünya çempionatı sentyabrın 19-22-də təşkil olunacaq.