“Pirelli” şin istehsalçıları, əvvəlki illərdə olduğu kimi, Azərbaycan Qran-prisi üçün üç ən yumşaq tərkibli təkərlər hazırlayıb.
“Bakı Şəhər Halqası” şəhər yollarından ibarət olduğundan və il boyu normal nəqliyyat üçün açıq olan küçələr boyunca hərəkət etdiyindən, şinlərin effektivliyinin qiymətləndirilməsinə təsir edən mühüm amil asfalt örtüyünün vəziyyətindəki dəyişikliklərin dinamikası olacaq.
Bundan əlavə, hava şəraitinin mümkün təsirini nəzərə almaq lazımdır, çünki sentyabrda Bakıda hava kifayət qədər isti ola bilər: temperaturun keçən il yazda keçirilən Qran-pri ilə müqayisədə mütləq daha yüksək olacağı gözlənilir.
Əsas düz yolda sürətlər çox yüksəkdir - 2016-cı ildə Azərbaycanın paytaxtında keçirilən ilk yarışda Valtteri Bottas "Williams" avtomobili ilə sıralanmada rekord sürətə (378 kilometr/saat) çatmışdı. Bu sürətlərdə rezin sıxıcı qüvvənin təsiri altında maksimum yüklənir.
Adətən Bakıda yarış bir pit-stopla keçirilir və sürücülər məsafənin əhəmiyyətli hissəsini “Hard” təkərlərlə qət edirlər. Trasın quruluşu, xüsusən start-finiş yolunun sonunda ötmə ehtimalını mümkün etsə də, əslində, belə manevrləri həyata keçirmək o qədər də asan deyil.
L.QURBANOVA
XQ