Ümumdünya Şahmat Olimpiadası başlayır

post-img

Bu gün Macarıstanda 45-ci Ümumdünya Şahmat Olimpiadasında komandamız mübarizəyə başlayır. 

Budapeştdə keçirilən yarışda kişi şahmatçılardan ibarət Azərbaycan milli komandasında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı çıxış edəcək. Kapitan kimi Teymur Rəcəbov komandaya kömək edəcək. Kişi şahmatçılardan ibarət komanda reytinqə əsasən 12-ci yerdədir.

Qadın şahmatçılardan ibarət milli komandada isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Kapitan Mixail Şereşevski olacaq. Komanda reytinqə əsasən 6-cı pillədədir.

Turnirdə kişilərin mübarizəsində 197, qadınların yarışında isə 184 ölkənin komandası güclərini sınayacaq.

Qeyd edək ki, 11 turdan ibarət Şahmat Olimpiadası sentyabrın 23-dək davam edəcək. 

L.QURBANOVA
XQ

İdman