Qubada beynəlxalq futbol turniri başa çatıb

post-img

Quba şəhərində 12 yaşadək futbolçular arasında keçirilən “Ulduz Cup” beynəlxalq futbol turniri başa çatıb. 

Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksində keçirilən turnirdə 5 ölkədən 8 komanda iki qrup­da mübarizə aparıb. 

Turnirin final matçında “Ulduz” Futbol Akademiyasının komandası “Dinamo” (Minsk, Belarus) kollektivi ilə üz-üzə gə­lib. Rəqibinə 6:0 hesabı ilə qalib gələn “Dinamo” komandası beynəlxalq turnirin qalibi adını qazanıb.

L.AZAD
XQ

İdman