Avropa çempionatında cüdo qələbəmiz

post-img

Cüdo üzrə gənclər arasında Estoniyanın paytaxtı Tallində gənclər arasında keçirilən Avropa çempionatında Azərbaycan komandası uğurla çıxış edərək 4 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb. 

Qızıl medalları komandamızın aktivinə qadın millimizin üzvləri Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq), kişilər arasında isə Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq) yazdırıblar. Nizami İmranov, Aslan Kotsoyev (90 kq) gü­müş medal qazanıblar. Kənan Nəsibov (+100 kq), Tuncay Şamil (+100 kq) 3-cü yeri tutublar.

Yekun nəticəyə görə, millimiz bütün komandaları qabaqlaya­raq 1-ci yeri tutub.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatında 4 qızıl medal Azərbaycan cüdosu tarixində bir ilkdir.

L.AZAD
XQ

İdman