İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatında qadın güləşçimiz Nərgiz Səmədova uğurla çıxış edib.
55 kiloqram çəkidə mübarizə aparan təmsilçimiz bürünc medal uğrunda görüşdə yaponiyalı Karina Honda ilə qarşılaşıb. Rəqib 7:0 hesabı ilə önə çıxsa da, güləşçimiz əsl əzmkarlıq nümayiş etdirib. İlk hissənin sonlarında 4 xallıq fənd işlədən Səmədova fasilədən sonra da eyni fəndi uğurla tətbiq edib və “tuş”la qalib gələrək dünya 3-cüsü olub.
L.QURBANOVA
XQ