Paralimpiyaçılarımız mübarizəyə başlayırlar

post-img

Bu gün, yəni yarışın ilk günündə para­taekvondoçumuz Sabir Zeynalov dayanq üzərinə çıxacaq. O, K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində mübarizə aparacaq. Paraüzgüçümüz Könül Süley­manova isə S2 kateqoriyasında 100 metr məsafə üzrə arxası üstə üzmə yarışlarına qatılacaq. Daha bir təmsilçimiz Cahan Musayev isə parakamandan oxatma üzrə yarışda mübarizə aparacaq. Hər 3 təmsil­çimiz çıxışa təsnifat mərhələsindən başla­yacaq. 

Dünya Taekvondo Federasiyasının preziden­ti Çunqvon Ço oyunlar ərəfəsində fikirlərini bö­lüşərkən Bakıda keçirilən parataekvondo üzrə ilk dünya çempionatını xatırlayıb:

– İnanıram ki, 2019-cu ildə Bakıda keçirilən parataekvondo üzrə ilk Dünya çempionatını hamı­nız xatırlayırsınız. Mundiala 15 ölkənin komandası gəlmişdi. Biz onların sayını artırmaq üçün çox iş görmüşük. Parataekvondo 3 il əvvəl Tokioda keçi­rilən oyunlarda debüt etdi. Yaponiyada 38 ölkədən idmançılar iştirak edirdilər. Paris Olimpiadasında isə 52 ölkədən, ümumilikdə 121 iştirakçı medallar uğrunda yarışacaq.

Ümumilikdə isə komandamızın heyətində 19 idmançı 7 növdə mübarizə aparacaq. Azərbaycan yığmasını Paralimpiadada Sabir Zeynalovla (58 kq) yanaşı, İmaməddin Xəlilov (70 kq) və Əbül­fəz Abuzərli (80 kq) təmsil edəcəklər. Paraatletika üzrə Rüfət Rəfiyev (F36), Oloxan Musayev (hər 2-si nüvə itələmə, F55), Səid Nəcəfzadə (T12), Orxan Aslanov (hər 2-si uzunluğa tullanma, T13), Lamiyə Vəliyeva (100 və 400 metr məsafəyə qa­çış) güclərini sınayacaqlar. 

Paraüzgüçülükdə Könül Süleymanova (50 və 100 metr məsafələrə arxası üstə üzmə, S2), Raman Salei (50 və 100 metr məsafələrə sərbəst üsulla üzmə, S12)

Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmə, SB13) medallar qazanmağa çalışacaqlar. Paracüdo üzrə Dürsədəf Kərimova (+70 kq, J2)

Xatirə İsmiyeva (+70 kq, J1), İlham Zəki­yev (+90 kq, J1) Paris tatamisini fəth etməyə səy göstərəcəklər. Kamran Zeynalov, Aybəniz Baba­yeva paraatıcılıq, Cahan Musayev parakamandan oxatmada, Ceyhun Mahmudov (54 kq) parapauer­liftinq üzrə bacarıqlarını nümayiş etdirəcəklər. 

Beləliklə, komandamız ötən yarışlarda olduğu kimi, XVII Paralimpiya Yay Oyunlarında da öz potensialından maksimum istifadə edib, yüksək nəticə qazanmaq əzmindədir. 

Qeyd edək ki, Azərbaycan komandası bir neçə gün bundan əvvəl başa çatmış Paris Yay Olimpiya Oyunlarında 2-si qızıl olmaqla 7 medal qazanıb. 

Leyla QURBANOVA
XQ

İdman