Aranda günəşli, dağlarda yağış və duman

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin ver­diyi məlumata əsasən, avqustun 29-da Bakıda və Abşeron yarımadasında hava yağ­mursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 22-26°, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqa­yıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğul­ba) 26-27° isti, Cənub çimərliklərində: (Tür­kan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Azərbaycanın rayonlarında hava yağ­mursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şim­şək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güc­lənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 34-38°, dağlarda gecə 13-18°, gündüz 21-26° isti olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya