Futbolda ən uğursuz transferlər

post-img

Futbol tarixindəki ən uğursuz transferlərin siyahısı açıqlanıb. 

Goal.com portalına görə, fransalı vinger Usman Dembelenin 2017-ci ildə Dortmund “Borussiya”sından İspaniyanın “Barse­lona” klubuna 135 milyon avro qarşılığında keçidi ən uğursuz transfer hesab olunub. 

İlk “3-lüy”ə La Liqa ilə bağlı daha iki transfer daxil edilib. Eden Azarın İngiltərənin “Çelsi” klubundan Madrid “Real”ına (2019-cu il, 120 milyon avro) keçidi siyahıda 2-ci yerdədir. 3-cü ən uğursuz transfer isə 2018-ci ildə 135 milyon avro müqabilin­də İngiltərə təmsilçisi “Liverpul”dan “Barselona” klubuna gedən Filip Koutinyonun keçidi hesab edilib.

L.AZAD
XQ

İdman