Azərbaycan cüdoçuları zirvədə

post-img

Azərbaycanın Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) cüdo üzrə bütün çəki dərəcələri üzrə dünya reytinqində ilk 2 pillədə qərarlaşıblar. 

Aktivində 10004 xal olan Hidayət Heydərov dünya reytinqinin lideri kimi, mövqeyini qoruyub. Paris Olimpiadasındakı qələbə ona 2200 xal qazandırıb.

Digər Olimpiya çempionumuz Zelim Kotsoyev isə Paris Oyunlarında qazandığı 2200 xal sayəsində 2-ci yerə yüksəlib. Onun hesabında 8512 xal var. İlk 3-lüyü 8335 xalla gürcüstanlı Olimpiya çempionu Tato Qriqalaşvili (81 kq) qapayır. 

L.AZAD

XQ

İdman