Avarçəkmə üzrə Bakı açıq çempionatı keçiriləcək

post-img

Avqust 22-də avarçəkmə üzrə Bakı açıq çempionatı keçiriləcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən aldığımız məlumata görə, Bakı bulvarında AKAF-ın binasının qarşısında təşkil olunacaq turnirdə paytaxtla yanaşı, Mingəçevirdən olan yeniyetmə və gənc idmançılar müxtəlif yaş kateqoriyalarında yarışacaqlar.

İdmançılar kayak və kanoe növlərində 200, 500 metr məsafədə bir və iki nəfərlik qayıqlarda, akademik növdə isə 500 metr məsafədə yalnız bir nəfərlik qayıqda mübarizə aparacaqlar.

Yarış Bakı Şəhər Gənclər və İdman İdarəsi, AKAF-ın birgə təşkilatçılığı ilə baş tutacaq.

Saat 11-dən etibarən start götürəcək Bakı çempionatı bir gün davam edəcək.

İdman