İranda ağır yol qəzası

post-img

İranda Ərbəin mərasimi üçün Pakistandan İraqa şiə zəvvarları aparan avtobusun aşması nəticəsində 28 nəfər ölüb, 23 nəfər yaralanıb. Məlumatı “Anadolu” verib. 

İran dövlət televiziyasının məlumatına görə, ağır yol qəzası Yəzd vilayətinin Dehşir-Təft avtomobil yolunda baş verib. 14 zərərçəkənin vəziyyəti ağır qiymətləndirilir.

Yəzd polis rəisi, polkovnik Hacı Dehabadi bildirib ki, ilkin məlumatlara görə, qəzaya səbəb avtomobilin əyləc sistemindəki nasazlıq olub.

Ərbəin 72 səhabəsi ilə Əməvi xəlifəsi Yezidin ordusu ilə qeyri-bərabər döyüşdə şəhid olan İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günündə keçirilən anım mərasimidir. Builki Ərbəin mərasimi avqustun 25-də baş tutacaq.

P.ƏMİRCANOV
XQ

Dünya