Konqo millisinin futbolçusu “Qəbələ”də

post-img

“Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb.

Bölgə təmsilçisinin mətbuat xidmətindən bildiriblər ki, Konqo milli komandasının yarımmüdafiəçisi Domi Jaures Massoumo ilə 2 illik müqavilə imzalanıb.

21 yaşlı futbolçu bunadək vətənində “Otoho d'Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb. 2023-cü ildən Konqo yığmasına çağırılan Domi 3 oyun keçirib.

İdman