İngiltərə futbolunun “ən yaxşısı”

post-img

"Mançester Siti" klubunun belçikalı yarımmüdafiəçi­si Kevin De Bruyne İngiltərə Premyer Liqası tarixinin ən yaxşı yarımmüdafiəçisi seçilib. Səsvermənin nəticələrinə görə, ikinci pillədə “Liverpul”un keçmiş yarımmüdafiəçisi Stiven Cerrard qərarlaşıb. İngiltərə futbolunun digər məş­hur siması, “Çelsi”, “Vest Hem” və “Mançester Siti” kimi klubların formasını geyinmiş Frenk Lempard ilk üçlüyü tamamlayıblar. 

Bu arada “Mançester Siti” ilə bağlı daha bir maraqlı mə­lumat yayılıb. Bildirilib ki, “Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan “Mançester Siti”yə qayıtmaqda maraqlıdır. Almaniyalı futbolçu artıq “Mançester Siti” ilə əlaqə saxlayıb. “Şəhərlilər”in rəhbərliyi bu variantı nəzərdən keçirməyə ha­zırdır. 

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 2024/2025 mövsümünə avqustun 16-da start verilib.

PÜNHAN 
XQ

İdman