“Real” İspaniya çempionatının ilk turunda qələbə qazana bilməyib. Karlo Ançelottinin rəhbərliyi altında ilk dəfədir ki, belə hal baş verir. Görüş 1:1 hesabı ilə başa çatıb.
Hesabı matçın 13-cü dəqiqəsində “Kral klubu”nun hücumçusu Rodriqo açıb. Fasilədən səkkiz dəqiqə sonra “Malyorka”nın hücumçusu Vedat Muriqi tablodakı yekun rəqəmləri müəyyənləşdirib. “MisterChip” xəbər verir ki, Madrid təmsilçisi heç-heçə ilə başladığı 1931/1932, 1985/1986, 1988/1989, 1996/1997 və 2006/2007 mövsümlərində çempionluq yaşayıb.
“Real” növbəti matçında doğma meydanda “Valyadolid”i qəbul edəcək. Bu, avqustun 25-də La Liqanın 2-ci turu çərçivəsində baş tutacaq.
PÜNHAN
XQ