“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə keçirəcəyi ilk oyunun hakimlərinin adları açıqlanıb. Zaqrebdəki görüş İsveçdən olan hakimlər briqadasına həvalə edilib.
Qarşılaşmanın baş hakimi Qlenn Nyuberqdir. Ona Mahbod Beiqi və Andreas Söderkvist kömək edəcəklər. Dördüncü hakim funksiyasını Adam Ladebak yerinə yetirəcək. Almaniyalı Bastian Dankert və onun həmyerlisi Yohan Pfeyfer VAR hakimi olacaqlar.
Qeyd edək ki, isveçli Qlenn Nyuberq daha əvvəl də Azərbaycan çempionunun oyununa təyinat alıb. Belə ki, 35 yaşlı referi 2021/2022 mövsümündə Konfrans Liqasının III təsnifat mərhələsində “köhlən atlar”ın səfərdə Kiprin AEL komandasına qarşı görüşündə hakimlik edib. O, oyunun 80-ci dəqiqəsində zədələnib və matçı davam etdirə bilməyib.
Matç bu gün Bakı vaxtilə 23:00-da başlayacaq.
PÜNHAN
XQ