Aranda günəşli, dağlarda yağış və duman

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. 

Şimal-qərb küləyi əsəcək, gün­düz şimal-şərq küləyi ilə əvəz olu­nacaq. Gecə 21-26° , gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq. Abşe­ron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimər­liklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. Azərbaycanın rayonların­da əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi küləyi əsəcək. Havanın tem­peraturu gecə 20-25° , gündüz 31-36° , dağlarda gecə 11-16° , gündüz 17-22° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya