Yeməklər– keyfiyyətsiz, otaqlar – narahat Almaniya Olimpiya kəndindən narazıdır

post-img

Almaniyalı tennisçi Aleksandr Zverev Parisdəki Olimpiya kəndinin ən yaxşı şəkildə təşkil olunmadığını deyib və yaşayış şəraitini tənqid edib. Onun sözlərini RMC Sport nəşri sitat gətirir.

“Qidalanma, pis yuxu şəraiti ilə bağlı problemlər var idi. Otaqlarda kondisioner də yox idi, bu mənim üçün bir az çətin idi, amma hamı üçün eyni idi, ona görə də şikayət etmirəm”, - Zverev bildirib.

O, həmçinin əlavə edib ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayında keçirilən 2020 Oyunları zamanı Tokioda Olimpiya kəndi daha yaxşı təşkil edilmişdi.

Paris Olimpiadası zamanı bir çox məqamlar tənqid olunur. Məsələn, Britaniya nümayəndə heyətinin idmançıları Olimpiya kəndində idmançılara verilən yeməklərdən narahatlıqlarını və narazılıqlarını bildiriblər. ABŞ-dan olan idmançılar da yeməkdən narazılıqlarını bildiriblər. Məsələn, qidanın keyfiyyəti idman gimnastikası üzrə yeddiqat olimpiya çempionu Simone Biles tərəfindən tənqid edilib.

İdman