Alman üzgüçü Leoni Bek Olimpiada çərçivəsində baş tutan 10 kilometr üzgüçülük yarışından sonra sosial şəbəkələrdə Senadakı suyun keyfiyyətini tənqid edib.
“9 dəfə qusdum + ishal. Senadakı suyun keyfiyyəti təsdiqlənib”, – Bek yazıb.
Bundan əvvəl ilk ikiqat Olimpiya çempionu, hollandiyalı üzgüçü Şaron van Rauvendaal Sena boyu üzərkən çay suyu içdiyini etiraf etmişdi.
Avqustun 5-də məlum olub ki, iki isveçrəli idmançı Adrien Briffault və Simon Vestermann qarışıq triatlon estafetindən geri çəkiliblər. A.Briffault mədəsində problem olduğu üçün növbəti yarışda iştirakdan imtina etmək məcburiyyətində qalıb. Bildirilib ki, idmançı Senadan su içib və bu, çox güman ki, infeksiyaya səbəb olub. S.Vestermann Briffonu əvəz etməli olsa da, o da bağırsaq infeksiyası səbəbindən estafetdən də çəkilib.