“Paris-2024”: Azərbaycanın sərbəst güləşçisi 1/4 finala vəsiqə qazanıb

post-img

Azərbaycanın daha bir sərbəst güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

AZƏRTAC xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən Maqomedxan Maqomedov 1/8 finalda Dominikan Respublikasından Luis Miqel Peresi sınağa çəkib. Rəqibi üzərində 9:0 hesablı qələbə qazanan idmançı 1/4 final mərhələsinə yüksəlib.

Bu gün, həmçinin digər sərbəst güləşçi Hacı Əliyev (65 kiloqram) xalça üzərinə çıxacaq. O, 1/8 finalda meksikalı Ostin Qomeslə üz-üzə gələcək.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.

İdman