Hidayətin Dünya, Avropa və Olimpiya zirvəsi

post-img

“Fransalı Joan-Benjamin Qaba ilə finaldan əvvəl Hidayətlə yenidən hər şeyi danışdıq. Hər ikimiz razılaşdıq ki, bu hekayədə gümüş medala yer yoxdur”.

Bunu Avropa Cüdo İttifaqının (EJU) saytına açıqlamasında Pekin Olimpiadasının qalibi Elnur Məmmədli deyib. O qeyd edib ki, iyulun 29-da, yarış günündə həmişəki kimi səhər tezdən oyandıq. Onun siması qətiyyətlə “çempion olacağam” deyirdi. Mən ona böyük motivasiya verdim. Xatırlatdım ki, ardıcıl 3 titulu - Avropa, Dünya və Olimpiya çempionu adını qazanacaqsa, Azərbaycan tarixinə düşəcək.

Yarış göstərdi ki, bu motivasiya bütün ilkin mərhələlərdə rəqiblərini məğlub edəndə Heydərovda olub. Olimpiya çempionu bu nailiyyətin arxasında dəstək verən çox insanların olduğunu bildirib:

–Xüsusilə, ölkəmizin Prezidenti İlham Əliyev, vitse-prezident ­Mehriban xanım Əliyeva, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, milli federasiyamız, həkimlər heyəti, məşqçilər komandası - hər kəs bu möhtəşəm nəticənin əldə olunması üçün səylərini əsirgəməyib. 73 kq çəkidə - mənim kateqoriyamda 16 ildən sonra yenə çempionumuz var. Amma düzünü desəm, Hidayətin qızıl medalı mənim üçün bir idmançı kimi öz qələbəmdən daha dəyərlidir.

İdman