Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq

post-img

Paris Olimpiadasında sərbəst güləşçilərimizin çıxışı davam edir. 

Dünən millimizin üzvü Giorgi Meşvildişvili xalça üzərinə çıxıb. 125 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız misirli Diaeldin Əbdülmüttəliblə qarşılaşıb. 1/8 final mərhələsinə təsadüf edən görüş güləşçimizin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçimiz növbəti raundda Muktur Laqvagerelli “tuş”la (tam üstünlük) məğlub edərək yarımfinala yüksəlib. İdmançımız finala gedən yolda isə Geno Petriaşviliyə (Gürcüstan) 0:7 hesabı ilə uduzub. Giorgi avqustun 
10-da bürünc medal uğrunda yarışacaq. 

 

İdman