Azərbaycan Olimpiya Evində görüş

post-img

Paris Oyunları çərçivəsində Azərbaycan Olimpiya Evində bir sıra ölkələrin olimpiya nümayəndə heyətləri və beynəlxalq idman təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib.

Ənənə halını almış görüşdə Olimpiya Oyunlarında gümüş medal qazanan taekvondoçumuz Qaşim Maqomedovun uğurlu çıxışı tədbir iştirakçıları tərəfindən böyük sevinc və alqışlarla qarşılanıb.

Tədbirdə, həmçinin Olimpiya Oyunlarında idmançılarımızın yarışlarını geniş işıqlandıran 3 nəfər Azərbaycan media nümayəndəsinin – doğum günü qeyd olunub. Tədbir iştirakçıları jurnalistləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbir bədii hissə ilə davam edib.

İdman