Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti qalmaqal yaşanıb.
Bu dəfə idman gimnastikası üzrə mükafatlandırma zamanı bayraq düzgün asılmayıb. Belə ki, yaponiyalı idmançı Şinnosuke Oka 1-ci, kolumbiyalı Anhel Baraxasa isə 2-ci pilləni tutub. Eyni xala malik Çjan Bohen (Çin) və Tan Çia-Hun (Çin Taypeyi) bürünc medal alıblar. Mükafatlandırma zamanı qaydalara görə, bu ölkələrin bayraqları yanaşı asılmalı olduğu halda, təşkilatçılar səhvə yol veriblər. Tayvanın bayrağı Çinin bayrağının altından asılıb.
Xatırladaq ki, Oyunların açılışı zamanı Olimpiya bayrağının əksinə asılması da dünyada ciddi rezonans doğurmuşdu.