Qadınların 100 metr məsafəyə qaçış yarışının favoritlərindən olan Şelli-Ann Fraser-Prays isinmə hərəkətləri üçün stadiona buraxılmayıb.
İnternetdə mühafizəçilərin yamaykalı atletin stadiona komanda avtobusunda deyil, öz nəqliyyatında gəldiyi üçün stadiona girişinə icazə vermədiyi ilə bağlı videolar yayılıb. Bundan sonrakı hadisələr dramatik olub. Yarımfinala çıxmasına baxmayaraq, əfsanəvi Freyzer-Prays yarışdan imtina edib. Yamaykalı qadının özü səbəbləri açıqlamasa da, bir çoxları bunun gündüz baş verən hadisə ilə bağlı olduğunu ehtimal edir.
Parisdə bir çox idmançı kənddən kənarda yaşayır. Amma onlar hər gün arenalara problemsiz buraxılırlar. Fraser-Praysın isə maneə ilə üzləşməsi “Paris-2024”ün təşkilatçılarının səriştəsini şübhə altına alan daha bir hadisədir.