Keniyalı atletin medalı özünə qaytarılıb

post-img

Keniyadan olan ikiqat olimpiya çempionu Feyt Kipyeqonun Paris Olimpiadasında qazandığı gümüş medal özünə qaytarılıb. 

5 min metr məsafəyə qaçışda 2-ci olan atletin nəticəsi finişə iki dövrə qalmış efiopiyalı Qudaf Tseqayın əlindən tutduğuna görə ləğv olunmuşdu. Diskvalifikasiya ilə bağlı apellyasiya şikayətindən sonra gümüş medalın qaytarılması qərara alınıb. 

 

İdman