Sərbəst güləşçilərimiz Parisə gediblər

post-img

Güləş üzrə Olimpiya komandamızın son heyəti də Parisdədir. 

Sərbəst güləş üzrə komandamızın üzvləri – Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün dünən Parisə yola düşüblər. 

Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak ediblər.

Avqustun 8-də Əliabbasla Osman, növbəti gün Turan və Giorgi, ayın 10-da isə Hacı ilə Maqomedxan mübarizəyə başlayacaqlar.

İdman