“Paris-2024”də uğurlu çıxışımız Fransa mətbuatında

post-img

“Franceinfo” portalı “Paris-2024” Olimpiya Oyunlarında cüdo üzrə ilk çempionumuzdan yazıb. Hidayət Heydərov (78 kq) fransız mətbuatında “dünyada nömrə 1” kimi təqdim edilib. 

“Ouest-France” portalı isə Azərbaycanın cüdo üzrə ikinci qızıl medalçısı Zelim Kotsoyevdən bəhs edib. Qeyd edilib ki, Azərbaycan Olimpya Oyunlarında cüdo yarışlarında ilk dəfə 2 qızıl medal qazanıb. 

Fransanın “20 minutes” portalı isə Azərbaycanın qadın­lardan ibarət 3x3 basketbol yığmasının yarışlarda beynəlxalq idman ictimaiyyətini təəccübləndirməsindən yazıb. Ümumiy­yətlə, fransız mətbuatında Azərbaycan qadınlarından ibarət 3x3 basketbol komandasından daha çox danışılıb. “Azərbay­can dünyada necə 3x3 basketbol qalasına çevrildi?” başlıqlı məqalədə vurğulanıb ki, basketbol komandamızın yeni yaran­masına baxmayaraq, Azərbaycan dünya basketbolunda önəm­li ölkəyə çevrilib.

İdman