Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.
Əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 21-26°, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu , nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25- 26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 31-36°, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacaq.
Q.QASIMOV
XQ